31 oktyabr 2016 14:55
Qarabağın oyununda şotland hakimlər
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı şotlandiyalı hakimlərə tapşırıb.
Baş hakim Con Biton təyin olunub. Ona yan xətt hakimləri Duqlas Potter və Alaster Mater kömək edəcək. Dördüncü hakim funksiyasını Şon Karr yerinə yetirəcək. Qapı arxasında dayanan hakimlər isə Stiven Maklin və Donald Robertson təyin edilib.
Qeyd edək ki, PAOK - "Qarabağ" oyunu noyabrın 3-də Salonikidəki "Tumba" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
