31 oktyabr 2016 14:40
Qəbələ - Sent-Etyen matçı ispaniyalı hakimlərə tapşırıldı
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Sent-Etyen" (Fransa) matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı ispaniyalı hakimlərə tapşırıb.
Baş hakim Karlos del Serro Qrande təyin olunub. Ona yan xətt hakimləri Xuan Karlos Yuste Ximenes və Roberto Alonso Fernandes kömək edəcək. Dördüncü hakim funksiyasını Abraham Alvares yerinə yetirəcək. Qapı arxasında dayanan hakimlər isə Xuasn Martines Munuera və İnyaki Vikandi Qarrido təyin edilib.
Qeyd edək ki, "Qəbələ" - "Sent-Etyen" oyunu noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək və saat 22:00-da start götürəcək.
