Ximki Musa Qurbanovu Qarabağ rəsmisi kimi təqdim etdi
Rusiya birinci divizionunun 19-cu turu çərçivəsində keçirilmiş "Ximki" - "Spartak-2" matçını (1:0) izləyənlər arasında "Zaqatala"nın prezidenti Musa Qurbanov da olub. Azerisport.az xəbər verir ki, bu barədə "Ximki"nin rəsmi saytı məlumat yayıb.
Lakin ruslar Qurbanovu yanlış təqdim ediblər. Daha doğrusu, M.Qurbanov qardaşı Qurban Qurbanovun çalışdırdığı "Qarabağ"ın idman direktoru kimi təqdim olunub:
"Bu görüşü izləməyə gələnlər arasında Azərbaycanın "Qarabağ" klubunun idman direktoru Musa Qurbanov da var idi. O, "qırmızı-qaralar"ın bir oyunçusunu şəxsən izləməyə gəlmişdi. Yeri gəlmişkən, "Qarabağ" ölkəsinin mütəmadi çempionu olur və avrokuboklarda daim çıxış edir. Ona görə də belə bir klubun futbolçumuzla maraqlanması "Ximki" üçün çox şərəflidir".
