31 oktyabr 2016 12:20
Migel və Reynaldo PAOK-la matça hazırlaşır
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubunun son dövrlər zədəli olan aparıcı futbolçuları - Migel Madera və Reynaldo da artıq sıraya dönüb.
Onlar iki gündür komanda ilə birgə məşq edirlər. Böyük ehtimalla hər iki futbolçu noyabrın 3-də Salonikidə keçiriləcək oyunda meydana çıxacaq.
