31 oktyabr 2016 11:30
Prosineçki köməkçisini Bursasporun oyununa göndərdi
Futbol üzrə Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində keçirilmiş "Bursaspor" - "Konyaspor" oyununu (2:0) Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov da olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki köməkçisini bu oyuna meydan sahiblərinin hücumçusu Dəniz Yılmazı iş başında görmək üçün göndərib.
Qeyd edək ki, FİFA-nın millimizdə oynamasına razılıq verdiyi D.Yılmaz son oyunlarda olduğu kimi, bu görüşdə də 90 dəqiqə meydanda olub. Prosineçki Qurbanovun ona təqdim edəcəyi raporta əsasən bu futbolçunu millimizin qarşıdakı toplanışına çağırıb-çağırmamağa qərar verəcək.
Maraq üçün bildirək ki, Azərbaycan millisini noyabrın 11-də Şimali İrlandiya ilə oyun gözləyir.
