31 oktyabr 2016 00:50
Qəbələnin rəqibi məğlub oldu
Futbol üzrə Belçika çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Beveren"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Qeyd edək ki, "Anderlext" 13 turdan sonra 24 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.
