31 oktyabr 2016 00:40
Rikardinyo: Layiqli qələbə qazandıq
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni (4:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun oldu. Matça yaxşı başladıq, hesabı da açdıq. Amma sonradan bir az arxayınlaşdıq və rəqib də bundan yararlanıb hesabı bərabərləşdirdi. Lakin dərhal özümüzə gələ bildik və yenidən qollar vurmağa başladıq. Layiqli qələbə qazandıq".
