31 oktyabr 2016 00:20
Paşayev oynadı, Stal Dneprlə bərabərə qaldı
Futbol üzrə Ukrayna çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Dnepr"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 13 turdan sonra 11 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
