31 oktyabr 2016 00:10
Qarabağın rəqibi AEK-ə qalib gəldi
Futbol üzrə Yunanıstan çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub doğma meydanda AEK-lə qarşılaşıb. PAOK bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Qeyd edək ki, hesabından 3 xalı silinmiş "Qarabağ"ın rəqibi hazırda 11 xalla 16 klub arasında 3-cü pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Ağdam klubu Avroliqadakı növbəti matçını noyabrın 3-də səfərdə məhz PAOK-a qarşı keçirəcək. Bu iki komanda arasında Bakıda baş tutan dueldə ağdamlılar 2:0 hesablı qələbəyə sevinmişdilər.
