30 oktyabr 2016 21:15
Eddi oynamadı, komandası qalib gəldi
Futbol üzrə İspaniya ikinci liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Luqo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kadis" 12 turdan sonra 14 xalla 22 klub arasında 15-ci pillədə qərarlaşıb.
