30 oktyabr 2016 20:30
Dadaşov oynadı, komandası 1 xal qazandı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Şonberq"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 12 turdan sonra "Moyzelvits" 9 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
