30 oktyabr 2016 19:20
Zaur Svanadze: Layiqli qələbə qazandıq
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Yaxşı oyun göstərmək, üç xal qazanmaq yaxşıdır. Düzdür, birinci hissədə oyun başlayan kimi qol buraxdıq. Amma sonradan artırdıq və layiqli qələbə qazandıq. "Neftçi" ilə oyuna hazırlaşmalıyıq. Sonra çempionatda fasilə yaranacaq. Ümid edirəm ki, tədricən xal toplaya mövsümün birinci hissəsini uğurlu başa vura biləcəyik".
