30 oktyabr 2016 12:00

Maksim Medvedev: PAOK-la səfərdə heç-heçə uğurlu nəticə olacaq

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Matçla bağlı fikirləriniz?
- Çempionatın vacib oyunlarından biri idi. Rəqibin bizə oynamağa imkan verməyəcəyini bilirdik. AZAL aqressiv futbol sərgiləyir. Bu üzdən də bizə çox şey alınmadı. Amma Dani Kintana öz ustalığını nümayiş etdirərək əla qol ötürməsi etdi, Muarem də hesabı açdı. Ondan sonra biz bir qədər sakitləşdik və ehtiyatlı oynamağa başladıq.

- Birinci dövrədə darmadağın etdiyiniz rəqibə bu dəfə cəmi bir qol vurmağınız nədən irəli gəlir?
- Birinci dövrədə AZAL-a qarşı fərqli heyətlə oynamışdıq. Qazonun da keyfiyyəti başqa cür idi. Rəqibimiz bu gün çox çirkin oynadı. Bizə öz oyunumuzu göstərməyə imkan vermədilər.

- Qarşıda sizi Yunanıstan PAOK-u ilə vacib Avroliqa matçı var. Həmin oyuna nə dərəcədə hazırsınız?
- Komandada atmosfer əladır. Zədəlilərimiz də sıraya dönüblər. Bircə Rəşad Sadıqovun durumu sual altındadır. Amma onun da oynayacağına inanıram. Baş məşqçinin tələblərini yerinə yetirsək, PAOK-a qarşı səfərdə də yaxşı mübarizə apara bilərik.

- Yunanları səfərdə də məğlub edə biləcəksiniz?
- Rəqib doğma meydanda, azarkeşləri qarşısında oynayır. Biz meydana qələbə üçün çıxacağıq. Amma bizi orada bəzi sürprizlər gözləyə bilər.

- PAOK-un stadionundakı atmosfer sizə nə dərəcədə təsir edə bilər?
- Düşünmürəm ki, bunun ciddi təsiri olsun. Biz Dortmund "Borussiya"sına qarşı oynamışıq, onların necə güclü azarkeş dəstəyinin olduğunu görmüşük. Mənə elə gəlir ki, Salonikidə özümüzü evdəki kimi hiss edə biləcəyik.

- Heç-heçə sizin üçün normal nəticə sayıla bilər?
- Bəli. Səfərdə heç-heçə uğurlu nəticədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.