30 oktyabr 2016 01:15
Məsimovsuz Domjale məğlub oldu
Futbol üzrə Sloveniya çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Olimpiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Samirin adı əvvəlki 14 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 14 turdan sonra 26 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
