30 oktyabr 2016 00:30
Rəşad Sadıqov: AZAL-la oyunda çox güc sərf etdik
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Komandanın oyununa kənardan baxmaq çox ağırdır. Xüsusilə də oyun getməyəndə. Xoşbəxtlikdən uşaqlar fasilədə toparlandılar və ikinci yarıda qələbə qolunu vurdular. İndi sıx qrafiklə oynayırıq, yorğunluq var. Qazonun durumu da təsirsiz ötüşmür. Uşaqlar bu gün qələbə qazanmaq üçün çox güc itirdilər, əllərindən gələni etdilər".
