30 oktyabr 2016 00:20

Muarem Muarem: Həmin anda sadəcə, topa baxırdım

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

- Çətin oyun olacağını bilirdik. AZAL bizə qarşı çox aqressiv oynadı. Matçın əvvəlində daha çox çətinliklə üzləşdik. Bu da daha çox qazonun vəziyyətinə görə idi. Amma buna baxmayaraq, üç xal qazana və yolumuza davam edə bildik.

- Süni örtüklü qazonda oynamaq nə dərəcədə çətindir?
- Belə meydanda oynamaq bizə çox çətindir. Çünki "AZAL Arena"nın qazonu ilə digər stadionların örtüyü arasında çox fərq var. Çox pis qazondur. Burada oynadıqdan sonra ayaqlarımız ağrıyır. Amma bütün bunlara hazır idik. Qoldan sonra daha bir neçə şansımız oldu. Sadəcə, onlardan yararlana bilmədik.

- Qol vurduğunuz epizodda tribunadan ofsaydda olduğunuz hiss olunurdu. Amma videotəkrara baxanda ofsayd olmadığı dəqiqləşdi...
- Bu barədə heç nə deyə bilmərəm. Mən həmin an sadəcə, topa baxırdım, digər oyunçulara diqqət etmirdim.

- "Qarabağ"ın sıx qrafiklə oynaması sizi yormur?
- Əlbəttə, yorğunluq var. Amma baş məşqçi bizi mümkün qədər yaxşı hazırlaşdırmağa çalışır. O, kiməsə istirahət verir, kimisə oynadır. Qarşıda da vacib oyunlarımız var.

- Bu yorğunluq Avropa Liqası çərçivəsində Yunanıstan PAOK-u ilə görüşdə komandanıza mənfi təsir göstərməyəcək?
- Bu oyuna hələ bir neçə gün qalır. İstirahət üçün də vaxtımız olacaq. Yeri gəlmişkən, PAOK-la matç bizim üçün çox vacibdir. Yaxşı hazırlaşmağa və səfərdən müsbət nəticə ilə qayıtmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.