29 oktyabr 2016 20:30
Qəbələnin rəqibindən daha bir qələbə
Futbol üzrə Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "İnqolştadt" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Qeyd edək ki, 9 turdan sonra 14 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 9-cu pillədə qərarlaşıb.
