29 oktyabr 2016 18:20

Qriqorçuk: Futbolçularımız strateji baxımdan düzgün oynadılar

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qələbənin asan qazanıldığını söyləmək düzgün deyil. Matçın əvvəli belə təsəvvür yaratsa da, əslində qələbə heç də asanlıqla əldə olunmadı. Oyunun gedişində də bəzi dəyişikliklərə əl atdıq, fasilədə futbolçularla müəyyən məsələlərlə bağlı söhbət etdik. Qarşılaşmanı aktivimizə yaza bilərik. Təkcə ona görə yox ki, 3 xalı belə hesabla qazandıq. Futbolçularımız strateji baxımdan düzgün oynadılar. Onların münasibətləri də yalnız müsbət təəssürat bəxş edir.  Təbii ki, qol buraxmamaq xoşdur. Belə olanda xal qazanacağın təmin olunur. Amma uzun müddət qol buraxmamaq da çətindir. Təbii ki, müdafiə xəttində üzərində çalışmalı olduğumuz bəzi məqamlar da var. Cavid Hüseynov hazır olmasaydı, meydana çıxmazdı. O, oynamağa hazır olduğu müddətdə meydanda şans qazanır. Oyunun axarı və digər məqamlar da nəzərə alınır. Yarımmüdafiəçinin üzərində necə çalışıb, meydana can atması da diqqətimi çəkir. Onun çalışqanlığı və istedadını da nəzərə alsaq, tezliklə bütün matçı oynaya biləcəyini gözləmək olar. Mən Ruslan Qurbanovla Cavid Hüseynovun meydanda olmasını istəyirdim. Bu üzdən hər ikisini eyni vaxtda meydana buraxdıq. Həmin dəyişikliklərin qoldan sonra gerçəkləşməsi təsadüflə bağlıdır. Qolun olub-olmaması bu dəyişikliklərə təsir etməyəcəkdi. Meydana hansısa futbolçunu buraxanda ona inanıb, şans veririk. Bilirdim ki, Rəşad Eyubov meydana çıxmağa hazırdır. Biz ona daha faydalı ola biləcəyi mövqeni tapmışıq və iki matçdır dayaq yarımmüdafiəçisi kimi çıxış edir, qol da vurur. Qol imkanlarından istifadənin yüksək olmasını istəyərdik. Bunu bacarmamağımız ustalıq səviyyəsi ilə bağlıdır Biz də istətyirik ki, bu səviyyəni qaldıraq. Zədəli futbolçularımızın növbəti avrokubok matçına hazır olub-olmadğını indidən deyə bilmərəm. Qarşıda üç məşqimiz var. Hazırlıq prosesi bu suala aydınlıq gətirəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.