29 oktyabr 2016 17:30
Budaq Nəsirov Sportinqdə ilk qolunu vurdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Olhanense" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:1.
Matça start heyətdə başlayan Nəsirov bu görüşün sonunadək meydanda olub. O, 83-cü dəqiqəsində komandasını hesabda önə keçirən qola imza atıb - 2:1. Amma so dəqiqələrdə daha bir qol buraxan qonaqlar 1 xalla kifayətlənməli olublar.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 18 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.
