29 oktyabr 2016 16:00
Julius Vobay: İstənilən vaxt Neftçiyə qayıtmağa hazıram
"Neftçi"nin sabiq yarımmüdafiəçisi Julius Vobay paytaxt klubunun rumıniyalı hücumçusu Katalin Tiranın "Qarabağ"la oyunda azarkeşi vurmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"ni tez-tez izləyirəm. Amma Tiranın "Qarabağ"la oyundakı həmin hərəkətini görməmişdim. Bundan sonra xəbər tutdum. Təbii ki, o, yaxşı iş görməyib. Lakin mənim tərəfimdən bunu şərh etmək o qədər də yaxşı çıxmır".
Vobay yenidən paytaxt klubuna qayıtmaq ehtimalından da söz açıb: "Neftçi" mənim üçün doğma komandadır. Klub istəsə, istənilən vaxt bu kluba qayıtmağa hazıram".
