29 oktyabr 2016 15:00

Rahid Əmirquliyev: Əsas heyətdə oynamağı hər kəs istəyir

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- AZAL sonuncu pillədə qərarlaşsa da, bizi ağır oyun gözləyir. Çünki onlar son dövrlər yaxşı oyun sərgiləyirlər. Həm də doğma meydanda inamlı təsir bağışlayırlar.

- "Neftçi" "Qəbələ"yə qalib gəlsə, sizin üçün zirvəni ələ keçirmək şansı yarana bilər...
- Bizə ancaq öz oyunumuz maraqlıdır. AZAL üzərində qələbə qazanmaq istəyirik.

- Son turda "Neftçi"yə qarşı keçirdiyiniz oyunda (2:0) daha çox rəqib futbolçu Katalin Tiranın meydançaya çıxan azarkeşə qarşı davranışı səs-küyə səbəb oldu...
- Futbolda belə hallar olur. Deyərdim ki, Tira azarkeşə qarşı doğru davranmadı. Heç bir azarkeşə əl qaldırmaq olmaz. Onun rəqib və ya öz klubunun azarkeşi olmasının da fərqi yoxdur. Çünki futbolu məhz azarkeşlər gözəlləşdirir.

- Son oyunlarda PAOK-a, "Neftçi"yə qol vurduğunuzu nəzərə alsaq, yəqin ki, uğurlu seriyanı davam etdirmək istəyirsiniz?
- Həmişə komandama kömək etməyə, qol vurmağa çalışıram. Amma qolu kimin vurmasının ciddi fərqi yoxdur. Əsas komandanın uğur qazanmasıdır.

- Amma vurduğunuz hər qol sizin əsas heyətdə möhkəmlənməyinizə də kömək edir...
- Əsas heyətdə oynamağı hər kəs istəyir. Buna həm məşqlərdə, həm də oyunlarda nail olmağa çalışıram. Mənim mövqeyimdə başqa güclü futbolçularımız çoxdur. Hər kəs start heyətdə meydana çıxmağa layiqdir. Amma qərarı məşqçilər verirlər. Kim yaxşı vəziyyətdə olursa, o da oynayır.

- AZAL-la oyundan sonra sizi Yunanıstanda PAOK-la növbəti matç gözləyir. Bakıdakı qələbəni səfərdə də təkrarlaya biləcəksiniz?
- PAOK yaxşı komandadır. Onlar öz azarkeşləri qarşısında daha yaxşı oynayacaqlar. Bizə ağır olacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, səfərdən də uğurlu nəticə ilə qayıdaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.