29 oktyabr 2016 13:00
PAOK Qarabağla oyuna yeni futbolçular cəlb edə bilər
Yunanıstan PAOK-u Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 3-də "Qarabağ"a qarşı keçirəcəkləri oyunda xeyli müddətdir zədədən əziyyət çəkən iki futbolçusunu sifariş edə bilər. Azerisport.az xəbər verir ki, bu barədə baş məşqçi Vladimir İviç məlumat verib.
Onun sözlərinə görə, zədədən qayıdan Georios Tsavellas qarşıdakı AEK-lə matça da tam hazır olmasa, "Qarabağ"la görüşdə meydanda olacaq. Digər zədəli futbolçu Dimitris Pelkas da fərdi məşqlər edir. Onun da qarşıdakı oyunlarda meydana çıxması istisna edilmir.
