29 oktyabr 2016 12:00
Əzizov oynadı, komandası qalib gəldi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Utrext"in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ziya bu görüşün 70-ci dəqiqəsində meydana çıxıb. O, 75-ci dəqiqədə sarı vərəqə alıb. 78-ci dəqiqədə isə komandası qələbə qolunu vurub.
Qeyd edək ki, "Den Boş" 12 turdan sonra 14 xalla 20 komanda arasında 14-cüdür.
