29 oktyabr 2016 11:00
Cəfərov oynadı, komandası darmadağın oldu
Futbol üzrə Xorvatiya ikinci liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Qoritsa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Elnur bu matçın 62-ci dəqiqəsində, hesab 0:2 olarkən meydana çıxıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.
