28 oktyabr 2016 18:30
Mahir Şükürov Qəbələyə qarşı oynaya biləcək
"Neftçi” PFK müdafiəçi Mahir Şükürovun adını Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun sifariş vərəqinə daxil edib. Azerisport.az xəbər verir ki, bunun üçün lazımi sənədlər əldə edilərək PFL-ə təqdim olunub.
Təcrübəli futbolçunun adı "Qəbələ” ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər.
