27 oktyabr 2016 14:30

Renan Alveş: Azərbaycan çempionatında oynamaq asan deyil

"Kəpəz"in müdafiəçisi Renan Alveşin azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın son turunda "İnter"lə ev oyunundakı qolsuz heç-heçə sizi qane etdi?
- Yaxşı oynadıq. Mövsümdəki ən yaxşı oyunlarımızdan biri idi. Amma qələbə qazana bilmədik. Qalib gəlsəydik, daha da yerinə düşərdi. Lakin heç-heçə də pis nəticə deyil.

- Liderlərə yenə yaxınlaşa bilmədiniz. Üst sıralara çıxmağınız nə dərəcədə realdır?
- Bizim öz hədəflərimiz var. İndi turnir cədvəli barədə düşünmək vacib deyil. Əsas hər oyunda qələbə qazanmaqdır.

- Hədəfinizin nədən ibarət olduğunu demədiniz...
- Ən yaxşı yerlərdən birini tutub, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.

- Premyer Liqada oynamaq asandır?
- Asan olduğunu deməzdim. Maraqlı çempionatdır. Burada oynamaq çətindir.

- Demək olar ki, bütün rəqiblərə qarşı oynamısınız. Hansı forvarda qarşı oynamaq sizin üçün çətin olub?
- Güclü hücumçular var. Amma çempionatınızda qol vurmaq elə də asan deyil. Mən hər bir rəqibə qarşı yaxşı oynamağa çalışıram. Ona görə də hansısa futbolçunu digərlərindən fərqləndirməyim doğru olmaz.

- Portuqaliya çempionatında cərimə zərbələrindən qollar vuran Renana Azərbaycanda bu cür fərqlənməyə nə mane olur?
- Bəli, təəssüf ki, hələ bu istəyimə çata bilməmişəm. Mən də fanatlarımızı sevindirməyi çox istəyirəm. Əminəm ki, qol vura biləcəyəm.

- Bakıda yaşayıb Gəncədə oynamaq sizin üçün rahatdır?
- Bu, elə də asan deyil. Çünki Gəncədə bazamız yoxdur. Buna görə də orada qala bilmirik. Artıq hər oyundan bir gün öncə oraya getməyə alışmışıq. Buna baxmayaraq, hər oyunda müsbət nəticə qazanmağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.