27 oktyabr 2016 12:00

Jonas Pessalli: Neftçi üçün hər oyun finala bərabərdir

"Neftçi"nin hücumçusu Jonas Pessalli Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Yeni komandanızla ikinci oyununuzda da məğlubiyyətlə üzləşdiniz. Matçla bağlı fikirləriniz necədir?
- Uduzmaq istəmirdik. Amma yenə alınmadı. Daha çox məşq etmək, növbəti oyunda bundan da yaxşı oynamaq lazımdır. Bu vəziyyətdən çıxmağın vaxtı çatıb.

- Xəbəriniz var ki, komandanızın "Qarabağ"la oyunları "Azərbaycan derbi"si adlandırılır? Siz bu atmosferi hiss edə bildiniz?
- Bu barədə məlumatım var idi. Qələbə qazanmağı çox istəyirdik. Amma təəssüf ki, yenə uduzduq.

- Buraya gələndə belə bir komandaya düşəcəyinizi gözləyirdiniz?
- Azərbaycana gələrkən "Neftçi" ilə maraqlanmışdım. Klubun hansı durumda olmasını bilirdim. Mən də buraya komandanı bu vəziyyətdən çıxarmağa kömək etmək üçün gəlmişəm. Amma hələ nəticə yoxdur.

- Matçın son dəqiqələrində Katalin Tira ilə azarkeş arasında baş verən hadisəyə münasibətiniz necədir? Siz də onun yerində olsaydınız, azarkeşə vurardınız?
- Kənardan danışmaq asandır. Yəqin ki, belə etməzdim. Amma həmin anı şərh etmək üçün futbolçunun yerində olmaq lazımdır. İndi onu deyə bilərəm ki, fanatı vurmaqdan yayınardım.

- Azarkeşə əl qaldıran futbolçunu peşəkar adlandırmaq olar?
- Deyə bilmərəm. Mən hələ komandaya tam alışmamışam. Cəmi iki həftədir buradayam. Bu cür sualları uzun müddətdir komandada olan futbolçulara ünvanlamaq lazımdır.

- Qarşıda sizi "Qəbələ" ilə oyun gözləyir...
- Bizim üçün hər bir oyun finala bərabərdir. Bu oyuna da ciddi hazırlaşacağıq. Bizi çətin oyun gözlədiyini bilirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.