26 oktyabr 2016 16:20

Robert Prosineçki: Qrupdan çıxmaq üçün bizdən asılı olan hər şeyi edəcəyik

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki komandamızın çıxışı barədə növbəti açıqlamalar verib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

"Seçmə mərhələyə uğurlu başlamışıq. İndi hər birimiz bu nağılın davamını gətirmək istəyirik. Mən çox böyük optimistəm. Fikrimcə, nəyəsə nail ola bilərik. Ən azından bu nağıl bir ay davam edə bilər. Amma əldə etdiyimiz uğurlarla da kifayətlənmək istəmirik. Futbolçularımız artıq öz güclərinə tam inanırlar".

Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qrupdan çıxmaq şansları barədə də söz açıb: "Biz ən yaxşısına ümid edirik. Maksimuma nail olmaq istəyirik. Bunun üçün özümüzdən asılı olan nə varsa, edəcəyik".

Xorvatiyalı mütəxəssis bildirib ki, millinin son uğurlarına görə hazırda hamı futboldan danışıb: "Bunu şəhərdə də hiss etmək olur. Bir az eyforiya yaranıb. Hansı ki, bu, bəzən yaxşı, bəzən də pis təsir göstərir. İstərdim ki, gələcəkdə bizimlə oynayacaq komandalar desinlər ki, "Ey, Azərbaycan gəlir!" Rəqiblərimizin bizə asan xal qazanacaqları rəqib gözü ilə baxmasını unutdurmaq istəyirik".

"Azərbaycanı futbol ölkəsi saymaq olmaz. Amma burada idmanın inkişafı üçün çoxlu vəsait yatırılır. Boks, ağır atletika, güləş daha populyar idman növləridir. Olimpiadalarda da medalları əsasən belə idman növlərində əldə edirər".

"Azərbaycan çempionatında 2-3 güclü komanda var. Milli üzvlərinin də əksəriyyəti məhz bu klublarda çıxış edirlər. Bir neçə milli üzvü də Azərbaycandan kənarda oynayır".

Prosineçki Azərbaycan paytaxtındakı həyatından da danışıb: "Bakı fenomenal şəhərdir. Burada daim yeni nələrsə tikilir. Həyat təhlükəsizdir. Cinayət halları çox az baş verir. Yaxşı məktəblər, xorvatiyalıların cəmiyyəti var. Peşəkar baxımdan da çalışmaq üçün hər cür şərait var. Toplanışlar üçün əla meydançalarımız, stadionumuz, infrastrukturumuz var".

(HINA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.