26 oktyabr 2016 14:20

AFFA məşqçini 8 aylıq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif yaş qrupları üzrə çempionatlarda qeydə alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-16 Liqasının “Zirə” - “Ağsu” matçında “Ağsu”nun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Yalama” (Xaçmaz) - MOK (Xaçmaz) matçında MOK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının MOK (Xaçmaz) - “Xudat” (Xaçmaz) matçında MOK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

U-14 Liqasında UGİM Olimpik (Qusar) - UGİM (Siyəzən) matçında UGİM Olimpik klubunun məşqçisi Səfərov Mehman hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb.

U-14 Liqasında Təhsil TİM (Gəncə) - Kəpəz (Gəncə)  matçında Təhsil TİM klubunun futbolçusu Əbdüləli Qasımovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra yenidən aqresivliyini davam etdirərək hakimlər briqasına qarşı nalayıq ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb. Təhsil TİM klubunun baş məşqçisi Turan Əliyev hakimlər briqadasının otağına daxil olaraq, hakimlər briqadasını təhqir etdiyinə və oyunun rəsmi şəxsinə hədə-qorxu gəldiyinə görə 8 oyun cəzalanıb. Təhsil TİM klubunun futbolçuları və baş məşqçisi tərəfindən oyunda məcburi  fasilələr yarandığına və stadionda qayda-qanun yaradılmaması ucbatından görüş başa çatdırılmadığına görə "Təhsil TİM" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.