26 oktyabr 2016 13:50
Zirənin futbolçusuna 4 oyunluq cəza verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 9-cu turunun bir oyunu ilə bağlı aşağıdakı qərar çıxarılıb:
AZAL – “Zirə” matçının 64-cü dəqiqəsində “Zirə”nin futbolçusu Əmrah Əliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
