26 oktyabr 2016 13:20

Şakir Qəribov: Kəpəzin azarkeşlərindən heç yerdə yoxdur

Bu günlərdə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edərək “Kəpəz” Peşəkar Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları ilə maraqlanıb, yerindəcə şəraitlə tanış olublar. Azerisport.az xəbər verir ki, vaxtilə Gəncədə futbol oynamış qurumun üzvü Şakir Qəribov səfər təəssüratlarını klub saytı ilə bölüşüb:

“Gəncəyə gəlişimizin səbəbi aşağı yaş qrupları üzrə komandalara baxmaq, məşqçilərin gördüyü işə nəzarət etmək və məşq şəraiti ilə tanış olmaq idi. Hamımız birlikdə ölkə futbolunun inkişafına çalışırıq. Buradakı məşqçilərin işləmək həvəsi çoxdur, çalışırlar amma bunun üçün uyğun şərait yoxdur. Gəncənin Azərbaycan futboluna verdiyi töhfələr məlumdur, “Kəpəz”in yetişdirdiyi futbolçular istedadı, bacarığı ilə seçilib. Biz tərəfdən nə kömək lazımdırsa, onu etməyə çalışırıq ki, Nizami yurdundan yenə yaxşı oyunçular çıxsın”.

Təcrübəli mütəxəssis “Kəpəz”in əsas komandasının Premyer Liqadakı çıxışına da toxunub: “Komandanın çıxışını izləyirik, ilk mövsümün yekunlarına əsasən, “Kəpəz”in Avropa Liqasına vəsiqə qazanması və ilk mərhələni adlaması sevindiricidir. Dəstək daha çox olsa, kollektiv bundan da yaxşı nəticələr göstərə bilər. Məncə, diqqət olarsa, komanda “Qarabağ” və “Qəbələ” kimi uğurlu nəticələrə imza atmaq imkanı qazanar”.

Şakir Qəribov Gəncə futbolsevərlərinin “sarı-göylər”in ev oyunlarında çoxluq təşkil etməsinə də münasibət bildirib. O, azarkeşlərin “Kəpəz”i çox sevdiyini deyib: “Mən özüm futbola Gəncədə başlayıb elə burada da karyeramı başa vurmuşam. “Kəpəz”in azarkeşlərindən heç bir yerdə yoxdur. Çempionat oyunları da göstərir ki, insanlar futbolu, komandanı necə sevirlər. Hər oyuna ən azı 10 000 tamaşaçı gəlir. Bu, çempionatımız üçün rekord göstəricidir. Gəncədə həmişə futbol olub və olacaq da”.

Qəribov indi “Kəpəz”in heyətində yerli futbol məktəbinin yetirmələrinin az olmasına da diqqət çəkib. O, tezliklə bu çatışmazlığın aradan qalxacağına ümid etdiyini söyləyib: “Mütəxəssis olaraq öz aramızda bu haqda danışmışıq. İki gün ərzində komandanın aşağı yaş qruplarında çıxış edən uşaqlara nəzər saldıq. Perspektivlilər var, onlar yetişəcəklər. Bir balaca şərait yaratmaq lazımdır. Şərait deyəndə ki, meydança, top və forma olmalıdır. Ayrı böyük bir şey tələb olunmur. Komanda iki ildir elitada oynayır, qoy bir müddət keçsin, yerli futbolçuları yenidən görəcəyik. Sadəcə, zaman lazımdır. Gəncədə yetişən uşaqların milli komandalara kimi gedəcəyinə inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.