26 oktyabr 2016 12:40
Katalin Tira: Elə bildim ki, o, Qarabağ azarkeşidir
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qarabağ” matçında azarkeşi döyən meydan sahiblərinin hücumçusu Katalin Tira bu hərəkəti ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu şəxsi “facebook” hesabında bunları yazıb:
“Ötən gün baş verənlərə görə doğrudan da təəssüf hissi keçirirəm. Mən yalnız komanda yoldaşlarımı müdafiə etmək istəyirdim. Onun öz fanatımız olduğunu bilmirdim. Düşündüm ki, o, “Qarabağ” azarkeşidir. Üzr istəyirəm".
