26 oktyabr 2016 12:20

Jayro: Sizcə, öz qapımıza qol vurmaq mənim xoşuma gəlir?

"Neftçi"nin müdafiəçisi Jayro Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbə verir ki, braziliyalı futbolçu öncə bunları söyləyib:

"Rəqibimizin necə komanda olduğunu hamımız yaxşı bilirdik. "Qarabağ" bu gün bütün komponentlərdə bizdən yaxşı çıxış etdi. Biz layiqli mübarizə aparmağa, ən azı bir xal qazanmağa çalışdıq. Amma alınmadı. Azarkeşlərdən bu nəticəyə görə üzr istəyirəm Onlar bizdən daha yaxşısını tələb etməkdə haqlıdırlar".

"Şəxsən mən tam gücümü meydanda qoyuram. Oyunun antiqəhrəmanı oldum? Ola bilsin ki, siz elə düşünürsüz. Fikrinizə hörmətlə yanaşıram. Futbolda belə hallar olur".

"Neftçi"də üçüncü avtoqoluna imza atan Jayro onlardan ikisini artıq "Qarabağ"la oyunlarda öz qapısından keçirib. Bununla bağlı suala braziliyalı futbolçu sualla cavab verdi: "Nə edə bilərəm? Bu suala necə cavab verim? Sizcə, öz qapımıza qol vurmağım mənim xoşuma gəlir?"

"Hər məğlubiyyətdən sonra növbəti oyuna daha böyük istəklə, daha böyük məsuliyyətlə çıxırıq. Hər oyuna ciddi hazırlaşırıq ki, nəticə qazanaq. Klub rəhbərliyində, məşqçilər korpusunda ciddi dəyişikliklər olub. Bütün bunlar hamısı vəziyyətin düzəlməsi üçün edilir. "Qarabağ"la oyunu da müsbət nəticə ilə başa vurmağı hər bir futbolçumuz, məşqçimiz çox istəyirdi. Amma hərdən elə şeylər olur ki, buna izah tapmaq olmur. Necə ki, bu gün də növbəti uğursuzluqla üz-üzə qaldıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.