26 oktyabr 2016 12:00
Samir Məsimov oynamadı, komandası yarımfinala yüksəldi
Futbol üzrə Sloveniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə 2:0 hesabıyla məğlub etdiyi "Krsko" ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. "Domjale" bu oyundan da qələbə ilə ayrılıb və yarımfinala yüksəlib - 2:1.
Çempionat oyunlarında olduğu kimi, Məsimovun adı kubok matçının da iştirak ərizəsinə daxil edilməyib.
