26 oktyabr 2016 11:00
AFFA-dan başsağlığı
Xəbər verdiyimiz kimi, məşhur braziliyalı futbolçu, Azərbaycan yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torres ötən gün dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib.
