26 oktyabr 2016 00:15

Rəhman Hacıyev: Katalin Tira ilə bağlı epizod xoşagəlməz hadisədir

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiniz?
- Hamımız bir nəfər kimi vuruşduq. Düzdür, uduzduq, amma yaxşı oynadıq, mübarizə apardıq. Artıq neçə oyundur uduzduğumuz üçün atmosfer doğrudan da çox pisdir. Biz özümüz bu vəziyyətə düşmüşük. Özümüz də çıxmalıyıq.

- Məğlubiyyətə nə səbəb oldu? Yoxsa yenə gücünüz çatmadı?
- Taktiki tapşırıqları yerinə yetirməyi bacarmadıq. İlk qolu uzaqdan vurulan zərbə nəticəsində buraxdıq. İkincisi isə avtoqol oldu. Yəni, rəqibə xüsusi kombinasiya qurub qol vurmağa imkan vermədik.

- Sanki, futbolçular meydanda öz mövqelərini itirirdilər...
- Hesabda geridə olduğumuza görə, irəli getməyə, qol vurmağa çalışırdıq. Bu da normaldır. İkinci qolu da məhz bunun nəticəsində buraxdıq. Halbuki, biz hesabı bərabərləşdirmək üçün irəli atılmışdıq. "Qarabağ" isə bizi əks-hücumda yaxalayıb ikinci qolu vurdu.

- Matçın sonundakı xoşagəlməz olayla bağlı nə deyə bilərsiniz? Orada nə baş verdi?
- Doğrudan da xoşagəlməz hadisədir. Mən özüm də nə baş verdiyini anlamadım. Meydana daxil olan azarkeşin mənə doğru gəldiyini gördüm. Sonra Katalin Tira da ona doğru qaçdı. Belə bir hadisənin baş verməsini istəməzdim. Azarkeş mənə əl qaldırsaydı, mən də ona, hər şey çox pis olardı. Tira ilə söhbətimiz oldu. O, azarkeşin əlində nəsə olmasından ehtiyatlanıb. Buna görə ona hücum edib.

- Amma Tira azarkeşin əlində heç nə olmadığını, polislər tərəfindən saxlanıldığını görəndən sonra da ona hücum çəkməyə davam edirdi...
- Bunu artıq görmədim. Tiranın özündən soruşmaq lazımdır. Bütövlükdə, xoşagəlməz hadisədir.

- Azarkeşlərin hər oyunda sizi fitə basması mənfi təsir göstərir?
- Əlbəttə, bunun bizə çox təsiri olur. Çünki "Neftçi"nin adını biz daşıyırıq. Baş verənlər bizə təsirsiz ötüşə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.