25 oktyabr 2016 22:30

Dino Ndlovu: Qarabağ üçün əlimdən gələni edirəm, sadəcə, qol vura bilmirəm

"Qarabağ"ın hücumçusu Dino Ndlovu Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (2:0) aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Oyun necə keçdi?
- Səfərdə keçirdiyimiz oyunlar arasında ən çətini oldu. Buna baxmayaraq, üç xal qazanmağı bacardıq. Bu, çox sevindiricidir.

- Yəqin ki, sizi həm də çempionluq yolundakı əsas rəqibiniz "Qəbələ"nin "Sumqayıt"la oyunda xal itirməsi də sevindirdi...
- Ciddisiniz? Bunu bilmirdim. Amma istənilən halda digər komandaların oyunları bizim üçün maraqsızdır. Qurban Qurbanov bizi öz oyunlarımıza hazırlayır. Buna görə də bizim üçün öz oyunlarımız maraqlıdır.

- Son dövrlər start heyətdə tez-tez meydana çıxırsınız. Bu, artıq komandaya tam uyğunlaşdığınızdan xəbər verir?
- Mənə şans veriləndə ondan maksimum yararlanmağa çalışıram. "Qarabağ" üçün əlimdən gələni edirəm. Etiraf edim ki, mənim üçün start heyətdə və ya sonradan meydana çıxmağın ciddi fərqi yoxdur. Əsas oyuna yüz faiz hazır olmaqdır.

- Öz oyununuzdan razısınız?
- Məni məyus edən yalnız qol vura bilməməyimdir. Daha doğrusu istədiyim qədər qol vura bilmirəm. Amma statistikaya nəzər salsaq, görərik ki, qaçıram, qol ötürmələrim var, komandama kömək edirəm. Komandaya uyğunlaşdığımı da deyə bilərəm. Sadəcə, istədiyim kimi qollar vura bilmirəm. Zamanla bunun da qaydasına düşəcəyini düşünürəm.

- Meydanda çalışdığınız hiss olunur. Bəs qol vurmaq üçün daha nə lazımdır?
- Əsas komandamızın nəticə qazanmasıdır. Matçdan sonra 3 xal qazanırıqsa, deməli, mən də komandanın bir üzvü kimi istəyimə çatmış oluram. Amma komandamız uduzanda, mən də qol vura bilməyəndə çox məyus oluram. Bu gün isə qol vura bilmədiyim üçün o qədər də üzgün deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.