25 oktyabr 2016 21:30

Qurban Qurbanov: Neftçi belə davam etsə, yaxşı olacaq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Komandamdan razı qaldım. 90 dəqiqə intizamlı oyun sərgiləməyi bacardıq. 2:0 hesabı ilə qalib gəlsək də, elə də çox qol şansımızın olduğunu deməzdim. "Neftçi"nin ikinci hissədə daha çox pressinq edəcəyini, irəli çıxacağını düşünürdüm ki, bu da bizim üçün yaxşı olardı. Amma onlar öz oyun sxemlərini saxladılar. Bu da bizə çətinlik yaşatdı. Bütövlükdə, hər iki komandanın layiqli oyun sərgilədiyini düşünürəm. Uşaqları təbrik edirəm. Onlar bu cür istəkli oynamaları məni sevindirdi".

Qurbanov matçın sonunda rəqib komandanın futbolçusu Katalin Tira ilə meydana daxil olmuş azarkeş arasında baş verən olaya da münasibət bildirib: "Bu, xoşagəlməz epizoddur. Amma futbolda belə hallar olur. Uğursuz nəticələri nəzərə alsaq, "Neftçi" azarkeşini də başa düşmək olar. Fikrimcə, klub rəhbərliyi və məşqçilər korpusu vəziyyəti düzəltmək üçün çalışacaqlar. İnkişaf hiss olunur. Belə davam etsələr, hər şey yaxşı olacaq". (CBC)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.