25 oktyabr 2016 15:00

Roman Qriqorçuk: Bunu uğursuzluq hesab etmirəm

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Sumqayıt"la son oyununuz yadınızdadır? Həmin matçdan sonra hakimlik ciddi müzakirə mövzusuna çevrilmişdi...
- Mən bütün oyunlarımızı xatırlayıram. "Sumqayıt"la həmin oyundakı hakimliyi yenidən müzakirə etmək istəmirəm. Çətin olacağını bilirik. Bütün oyunlarımız çətindir. Asan matçolmur.

- "Sumqayıt"la oyunlarınız daha çətin keçir. Bu nədən irəli gəlir?
- Bununla razı deyiləm. Axı hansı komanda ilə oyunumuz asan keçir ki? Biz belə çətinliklə yalnız sumqayıtlılarla oyunda rastlaşmırıq. Qarşıdakı oyunun çətinliyi ondan ibarətdir ki, süni örtüklü meydanda oynayacağıq. Bizim üçün də bu, həmişə çətinlik yaradıb. Normal nəticə qazanmaq istəyirik. Normal nəticə də qələbədir.

- Heyətdəki itkilərin oyuna təsiri nə dərəcədə böyük olacaq?
- İtkilərimiz var və hiss olunacaq dərəcədədir. Biz istədiyimiz kimi komplektləşməmişdik. Bu üzdən də indi üzləşdiyimiz hər bir itki ciddi problem yaradır. Amma şikayətlənmək fikrim yoxdur. Böyük nəticələrə imza atmaq istəyən komanda belə itkilərə fikir verməməlidir. Meydana çıxacaq hər bir futbolçumuzun özünü doğruldacağına inanıram. Bu, onlar üçün həm də bir şansdır. Qoy bundan istifadə etsinlər.

- Avroliqanın qru mərhələsi çərçivəsində ardıcıl üç məğlubiyyətdən sonra komandanız özünü necə hiss edir?
- Hər şey qaydasındadır. Mən bunu uğursuzluq hesab etmirəm. İndi xal da toplasaydıq, bu, əsl möcüzə olardı. Hələ ki, bunu bacarmamışıq. Buna baxmayaraq, üzgün olmağa dəyməz. Futbolçular özlərini yaxşı hiss edirlər.

- Cavid Hüseynov artıq komanda ilə məşqlərə başlayıb. Necədir?
- Buna çox sevinirəm. Onun vəziyyətini yaxşı qiymətləndirirəm İnanıram ki, tez bir zamanda sıraya dönəcək.

- Nə vaxt dönəcəyi dəqiq deyil?
- Futbolçunun emosional vəziyyəti yaxşıdır. Fikrimcə, tezliklə onu meydanda görəcəksiniz.

- Tezliklə - nə vaxt?
- Nə vaxt olacağını deməyəcəyəm. Mən də onun tez bir zamanda sırada olmasını arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.