25 oktyabr 2016 12:30

Maksim Medvedev: Qarabağ Rusiya çempionatında ilk altılıqda yer ala bilər

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Rusiya mətbuatına geniş müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə ixtisarlarla tanış edir:

- Necə olub ki, siz Bakıda anadan olmusunuz?
- Sovet dönəmində babam Nijni Novqoroddan hərbi xidmətə Bakıya gəlib. O, burada azərbaycanlı-gürcü kökə malik nənəmlə tanış olub. Elə bu üzdən də hərbi xidmətini başa vurandan sonra burada qalmağa qərar verib. Beləcə, Bakıda Medvedevlər nəsli inkişaf etməyə başlayıb. Mənim uşaqlarım artıq dördüncü nəsil bakılı sayılırlar.

- Ailəndə sənin futbol oynamağını dəstəkləyirdilər?
- Xeyr. Valideynlərim bunun qəti əleyhinə idilər. Onlara görə futbol xuliqanların məşğuliyyəti idi. Amma elə uşaqlıqdan pul qazanmağa başladığımı görüncə təəccüblənməyə başladılar. Anam düşünürdü ki, necə olur 10-cu sinifə gedən uşaq futbol oynamaqla pul qazanır? Hətta əvvəlcə bu pulu futbol oynamaqla qazandığıma inanmadı. Lakin adımın qəzet səhifələrində yer aldığını görəndən sonra başa düşdü ki, mən onları aldatmıram (gülür).

- "Qarabağ"da 16 yaşında debüt etmisən. Böyük futbola uyğunlaşmaq sənin üçün nə dərəcədə çətin oldu?
- Öncə çətin idi. Amma zamanla lazım olan təcrübəni əldə edirsən və dahainamlı oynamağa başlayırsan. O vaxt mənə təcrübəli komanda yoldaşlarımın çox köməyi dəydi. Ona görə də indi komandamıza yeni, gənc oyunçular gələndə onları dəstəkləməyə, məsləhətlər verməyə çalışıram.

- "Qarabağ"da aldığın ilk maaş nə qədər olmuşdu?
- Xatırladığım qədərilə, ilk dəfə 50 dollar almışdım.

- Nəyə xərclədiyin yadındadı?
- Xüsusi nəyəsə xərcləmədim. 10-unu özümə saxladım, 10-unu bacıma verdim, 30-unu da anama.

- İlk avtomobilini neçə yaşında almısan?
- O vaxt 19 yaşım var idi. Özümə 3-cü seriya BMW aldım. Amma həmin avtomobil qəza nəticəsində əzildi. Albaniyaya toplanışa getmişdik. İki gün sonra köhnə dostum, klub yoldaşım MMS göndərdi ki, maşın bu haldadır. Əsas odur ki, özünə heç nə olmamışdı. Hər halda dostların can sağlığı daha önəmlidir.

- Həddən artıq tez ailə qurmusan...
- Bəli, elə alındı. Azərbaycan yığmasında futbolla məşğul olan bir qızla tanış oldum. 20 yaşım varidi. Olya ilə bir-birimizi çox tez tanıdıq, dostlaşdıq və evlənməyə qərar verdik. O, ailə naminə karyerasını qurban verdi. Amma etiraf etmək lazımdır ki, Azərbaycanda qadın futbolu onsuz da yaxşı vəziyyətdə deyil.

- 25 yaşında artıq üçüncü övladın anadan olub!
- Sadəcə, Bakıda işıqları tez-tez söndürürlər (gülür). Amma ciddi olsaq, buna çox sevinirəm. Çünki həyat yoldaşımı və uşaqlarımı sevirəm, onlar üçün mənim diqqətimin nə qədər önəmli olduğunu anlayıram. Yığma ilə, avrokuboklara görə tez-tez səfərlərdə oluram. Həftədə iki oyunumuz olur. Ona görə də boş vaxtımı ancaq ailəmlə keçirməyə çalışıram.

- İki oğlun, bir qızın var. Onlardan hansınısa futbolçu görürsən?
- Böyük oğlum artıq futbolla məşğul olmağa başlayıb. Cəmi 5 yaşı var, amma futbol oynamaq üçün alışıb-yanır.

- İstedad görünür?
- İstedad var, amma əsas istəkdir. Çünki qalanlarını məşq etməklə də qazanmaq olar. Amma kiçik oğlum ancaq dalaşmağı bacarır. Onu təkbətək idman növlərindən birinə qoyacağam. Amma illər keçdikcə onda da futbola maraq oyana bilər.

- Azərbaycan çempionatı nə dərəcədə rəqabətədavamlıdır?
- Çempionatımız inkişaf edir. Tədricən buraya daha yüksək səviyyəli legionerlər gəlməyə başlayıb. Avrokuboklardakı nəticələrimiz də bu inkişafın bir göstəricisi sayıla bilər.

- "Qarabağ" Rusiya çempionatında neçənci yeri tutardı?
- İlk altılıqda yer ala bilərdi. Avrokuboklardakı çıxışımıza əsasən deyə bilərəm ki, komandamız istənilən rəqiblə oynaya bilər. Məsələn, "Qarabağ"ın Rusiya çempionatında neçənci yeri tutacağını görmək mənə də maraqlı olardı.

- "Qarabağ" FK Azərbaycan üçün nə deməkdir?
- Klubumuz Azərbaycanda çox populyardır. Avropada yaxşı nəticələrə imza ata bildik. Buna görə avrokubok matçlarında bir qayda olaraq, dolu tribunalar qarşısında oynayırıq. Azərbaycanda bizi sevirlər, hörmət edirlər. Biz özümüz də bunu hiss edirik.

- Klubunuzun büdcəsi necədir?
- Büdcəmizin nə qədər olduğunu dəqiq deyə bilmərəm. Çünki bundan xəbərim yoxdur. Amma mətbuatda yayılan məlumatlara görə, 10-12 milyon aralığındadır.

- Klubunuzun prezidenti kimdir?
- Abdulbari Gözəl, türkiyəlidir. Amma klubu onun oğlu Tahir Gözəl idarə edir. O, futbolu, futbolçuları çox sevir. Bizə, baş məşqçimizə tam güvənir. Elə buna görədir ki, komandanın işlərinə qətiyyən qarışmır.

- Artıq üç ildir Avropa arenalarında çıxış edirsiniz. İddialarınız nədən ibarətdir?
- İddialarımız böyükdür. Əlbəttə, indi Avroliqanın yox, Çempionlar Liqasının qrup mərhələsində oynamaq istərdik. Komandamız hər il daha da inkişaf edir.

- Kənardan çox mehriban kollektiviniz olduğu görünür...
- Doğrudan da elədir. Bir komandada legionerlərlə yerli futbolçuların bu dərəcədə birlik nümayiş etdirməsi böyük təsadüfdür. Hesab edirəm ki, komandada qruplaşmanın olmaması böyük amildir. Hamının bir-birinə hörmət etməsi, mehriban münasibəti klubun nəticələrinə də müsbət təsir göstərir.

- Qurban Qurbanov 8 ildən çoxdur klubunuzda çalışır. Demək olar ki, səni də peşəkar futbolçu kimi məhz o yetişdirib?
- Məni 19 yaşımdan Qurbanov çalışdırır. Onun sayəsində çox şey öyrənmişəm. Məsləhətlərinə çox qulaq asmışam. Karyeramın uğurlu alınmasında onun böyük rolu var.

- Onu sərt məşqçi saymaq olar?
- Deyərdim ki, bəli, sərt, amma ədalətli məşqçidir. Komandada intizamı sevir. Məşqlərdə zarafatı qəbul etmir. Futbolçunun öz işinə peşəkar və ciddi yanaşmasından xoşu gəlir. Cəzalandırdığı vaxtlar da olur, amma lazım gələndə dəstəkləyir də.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.