25 oktyabr 2016 00:45

“İngiltərə yığmasına bizə qarşı mübarizə aparmağın asan olacağını düşünmürəm”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa Çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız Rumıniyanın Buxarest şəhərində baş tutacaq qrup oyunları çərçivəsində meydan sahibləri ilə yanaşı İngiltərə və Avstriyaya qarşı mübarizə aparacaq. İngiltərəyə qarşı baş tutacaq ilk oyun öncəsi komandamızın baş məşqçisi Vüqar Məmməd azerisport.az saytının suallarını cavablandırıb:

- Seçmə mərhələ öncəsi gerçəkləşdirdiyiniz Serbiya toplanışından razı qaldınız?
- Toplanışa ayın 14-dən başlamışdıq. Bu müddət ərzində yerli "Voyvodina" və "Partizan" klublarının U-19 komandaları ilə qarşılaşdıq. Həmin oyunlardan 3:0 və 2:1 hesablı qələbələrlə ayrıldıq. Amma qələbələrə rəğmən, zəif cəhətlərimizi də gördük. Onların üzərində çalışmağımız lazımdır.

- Belə çıxır ki, yığmamız seçmə mərhələyə tam hazır deyil?
- Bəzi problemlər var ki, onları aradan qaldırmaq lazımdır. Bunlar həm fiziki, həm də taktiki hazırlıqla bağlıdır.

- Türkiyənin "Altınordu" klubundan xeyli futbolçu cəlb etmisiz...
- Qonşu ölkədən dörd futbolçu çağırmşıq. Artıq iki ildir ki, bu klubu izləyirəm. Son mövsümdə müxtəlif yaş qruları üzrə 9 medala sahib çıxıblar - yeddi çempionluq, iki final. Bu komandalardan Türkiyə yığmalarına 30 futbolçu cəlb olunur. Bu da yüksək göstəricidir. Belə peşəkarlığı görəndən sonra bu klubla əməkdaşlıq etməyə qərar verdik.

- İngiltərə ilə oyun üçün start heyəti bəllidir?
- Yığmaya dəvət alan hər bir futbolçu ilk dəqiqələrdən meydanda ola bilər. Amma matç üün optimal heyət seçmək lazımdır. Rəqib üçün bizə qarşı mübarizə aparmağın asan olacağını düşünmürəm. Rəqibə hörmət etsək də, komandama inanıram. Heç kimdən qorxmuruq.

- Yəqin ki, İngiltərənin qrupun favoriti olması fikri ilə razılaşarsınız?
- Bəli, onlar favorit hesab olunurlar. Amma Avstriya və Rumıniya da güclüdür. Ən güclü qruplardan birinə düşmüşük.

- Millimizdən bu seçmə mərhələdə nə gözləyə bilərik?
- Hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Ümid edirəm ki, bu istəyimizə çatacağıq.

- Əsas yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışı U-17-yə də müsbət təsir edə bilər?
- Əlbəttə. Azərbaycan futbolu inkişafdadır. Millimizin uğuru bizim kollektiv üçün də yaxşı motivasiyadır. Hər görüşdən öncə bu barədə futbolçularla söhbət edirik.

- Sizcə, aşağı yaş qrupları üzrə komandalarımız niyə beynəlxalq arenada uğur qazana bilmirlər?
- Beynəlxalq oyun təcrübəsinin azlığı öz sözünü deyir. Onlar istedadlıdırlar. Sadəcə, məşqçilər onlarda özüəinam hissi yaratmalıdırlar, potensiallarını açmalarına kömək etməlidirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.