24 oktyabr 2016 17:00

Fəhmin Muradbəyli: Qarabağ məğlubedilməz komanda deyil

"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Qarabağ"la oyuna hazırlıq necə gedir?
- Komandada ab-hava yaxşıdır. Motivasiyamız yüksəkdir. Bütün həftəni bu oyun üçün məşq etmişik.

- Elxan Abdullayevin rəhbərliyi altında ilk qələbənizi "Kəpəz" üzərində qazandınız. Hər kəs sizdən bu uğurun davamını gözlədiyi halda, "Zirə" ilə görüşdə yenə məğlub oldunuz. "Neftçi"də indi vəziyyət necədir?
- "Zirə" ilə qarşılaşmanı (0:2) nəzərə almasaq, Abdullayevin gəlişindən sonra oyunumuz yaxşılaşıb. Zirəlilərlə görüşdə isə oyunumuz qətiyyən alınmadı. Nəticə olmasa da, oyun var. Zamanla hər şey daha yaxşı olacaq. Bizdə yeni futbolçular var ki, onlara zaman lazımdır. Elə məşqçilərimiz də təzədir.

- Amma hətta yaxşılaşmış bu oyununuzla da çətin ki, "Qarabağ"a nəsə edə biləsiniz...
- Belə deməzdim. "Qarabağ" məğlubedilməz komanda deyil. Ötən mövsüm də bizim işlər pis getdiyi halda onlara qalib gəlib, heç etmişdik.

- Bu oyunu "Bakcell Arena"da keçirəcəksiniz. Bu, sizin üçün nə dərəcədə önəmlidir?
- Bunun fərqi yoxdur. Qələbə qazanmaq, xallarımızın sayını artırmaq istəyirik. Qarşıda bizi "Qəbələ" və "İnter"lə oyunlar gözləyir. Odur ki, hər oyundan xalla ayrılmağımız vacibdir.

- Mümkün məğlubiyyət isə sizi sonuncu pilləyə sala bilər. Futbolçular bunu başa düşürlər?
- Nə qədər ki, bu, baş verməyib, vəziyyəti düzəltməyə çalışmalıyıq. Bunu heç təsəvvür belə etmək istəmirəm.

- Rəhbərlik komandanın uğursuz çıxış barədə nə deyır? Ola bilər ki, komanda üzvlərinə cərimə tətbiq olunsun?
- Rəhbərlik bizimlə tez-tez görüşür. Hər dəfə bizə inandıqlarını söyləyirlər. Cəriməyə gəlincə, bu mövsüm hələ olmayıb. Ötən mövsüm isə səhv etmirəmsə, bir dəfə tətbiq olunmuşdu. Ola bilsin ki, hələ yeni baş məşqçinin uyğunlaşma prosesi getdiyi üçün heç bir cərimə tətbiq olunmur.

- Artıq 20 yaşınız olsa da, "Neftçi"də əsas heyət üzvünə çevrilmisiniz. Amma çıxış etdiyiniz komanda ən pis günlərini yaşayır...
- Mən "Neftçi"nin ən yaxşı mövsümlərində də komandada olmuşam. Sadəcə, Böyükağa Hacıyev mənə şans vermirdi. Çünki heyətdə Flavinyo və Voyay kimi oyunçular var idi. Amma bu, son deyil. Həmişə belə olacağını düşünmürəm. "Neftçi" də əvvəlki günlərini qaytaracaq və ümid edirəm ki, mən də komandada olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.