24 oktyabr 2016 14:00
Neftçi Arazı da itirdi
"Neftçi" Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu görüşə ciddi itkilərlə çıxacaq.
Belə ki, müdafiəçi Rahil Məmmədov cəzalı olduğundan ağdamlılara qarşı oynamayacaq. Elşən Abdullayev zədəsini hələ də tam sağaltmayıb. Son üç gündə isə kapitan Araz Abdullayev yüksək temperatur səbəbindən məşqlərdə iştirak etmir.
