24 oktyabr 2016 00:40

Kaka: Arazın Dördlər finalına çıxmaq üçün yaxşı şansı var

Futzal üzrə UEFA Kubokunun elit raundunda Azərbaycan çempionu "Araz"la bir qrupa düşən Rusiyanın "Qazprom-Yuqra" klubunun baş məşqçisi Kakanın azerisport.az saytına müsahibəsi:

- Püşkatmanın nəticəsindən razı qaldınız?
- Fikrimcə, çox çətin qrupa düşmüşük. Üç rəqibimizdən yalnız biri tanınmış deyil (Almaniyanın "Hamburq" klubunu nəzərdə tutur - red.). Xorvatiya "Nasional"ı qrup oyunlarının ev sahibi kimi çox güclüdür. "Araz" böyük təcrübəyə malik komandadır. Bu klubun bir neçə oyunçusu son dünya çempionatında Azərbaycan yığmasının heyətində çıxış edirdi. Odur ki, elit mərhələdə işimizin asan olmayacağı dəqiqdir.

- Amma əksəriyyət qrupun favoriti kimi sizin komandanın adını çəkir...
- Bu cür fikirlər mənim üçün təəccüblü deyil. Çünki biz son çempionuq. Amma mən bu barədə düşünmürəm. Məsələn, ötən il biz də son çempion "Kayrat"la bir qrupda yr almışdıq. Amma onları məğlub etməyi bacardıq.

- Bəs "Araz"ın şanslarını necə qiymətləndirərdiniz?
- Təbii ki, qrupdakı hər bir komanda kimi, "Araz"ın da uğur qazanmaq şansı var. "Araz"ı tək mən yox, hamımız yaxşı tanıyırıq. Yenə də milli ilə Kolumbiyadakı DÇ-də iştirak edən uşaqların böyük təcrübəyə malik olduğunu qeyd etmək istərdim. Odur ki, qrupdan çıxmaq şansları yaxşıdır. "Araz" məhz bu DÇ-dən sonra daha da güclü oldu. Həm də komandanın güclü məşqçilər korpusu var.

- Dördlər finalına çıxa bilməsəniz, bu, böyük uğursuzluq sayıla bilərmi?
- Düşünmürəm ki, belə bir hal yaşansa, bunu faciə hesab etməliyik.

- Niyə də yox?
- Çünki bizi qrupdan çıxmaq üçün ciddi rəqiblərlə mübarizə gözləyir. Həm də hər qrupdan cəmi bir komanda mərhələ adlayacaq. Aydın məsələdir ki, qrupdan çıxa bilməsək, bunu yaxşı nəticə saymaq olmaz. Amma faciə də olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.