23 oktyabr 2016 14:00

Slavik Alxasov: Gəncədən 3 xalla qayıtmaq istəyirik

"İnter"in müdafiəçisi Slavik Alxasov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytına müsahibə verib:

- Birinci dövrədə komandanız "Kəpəz"ə məğlubiyyətdən son anda xilas olmuşdu (2:2). Yəqin ki, bu dəfəki qarşılaşmaya daha ciddi yanaşacaqsınız. Çünki oyun səfərdə baş tutacaq...
- Gəncəlilərlə birinci dövrədəki oyun doğrudan da çətin alındı. Amma sonda heç-heçəyə nail ola bildik. "Kəpəz" doğma meydanda güclü oynayır. Buna görə bizə yenə çətin olacaq. Bu üzdən də oyuna yaxşı hazırlaşmışıq.

- Rəqibin heyətində Dario Federikonun yoxluğu sizin üçün üstünlük sayıla bilər?
- Eşitmişəm ki, Dario zədə alıb və bizə qarşı oynamayacaq. O, döyüşkən futbolçudur və "Kəpəz"ə çox fayda verir. Amma mənə elə gəlir ki, rəqib Darionun yoxluğunda da bizə qarşı sonadək mübarizə aparacaq və onun meydanda olmaması oyuna təsir etməyəcək.

- Heç-heçə yenə sizi qane edəcək?
- Biz qələbə qazanmaq istəyirik. Düzdür, çətin olacaq. Amma üç xal qazanmaq üçün bütün gücümüzü qoymalıyıq.

- "İnter"in bu mövsüm sürpriz edib, çempionluğa imza atması mümkündür?
- Niyə də yox? Hər matçda qələbə üçün oynayırıq. Düzdür, çempion olmaq çətindir. Çünki "Qarabağ", "Qəbələ" kimi güclü komandalar var ki, hazırda Azərbaycanı Avropa Liqasında təmsil edirlər. Onlara uğurlar arzulayıram. İstənilən halda biz də sonadək mübarizə aparacağıq.

- "Qarabağ" Gəncəyə təyyarə ilə yollanmışdı. "İnter" isə fərqli marşrut seçdi...
- "Qarabağ" sıx qrafiklə oynayır. Onlar buna görə Gəncəyə təyyarə ilə getmişdilər. Bizim üçün isə 4-5 saat avtobusla yol getmək problem deyil.

- Vaxtilə "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt"da çıxış etmisiniz. Amma deyəsən "İnter"də özünüzü daha yaxşı hiss edirsiniz...
- "Neftçi"də ancaq əvəzedici komandada oynadım. "Sumqayıt" mənə doğma klubdur, orada oynamaq asanidi. "İnter"də oynamaq da asandır. Çünki Ağabala Ramazanovla "Sumqayıt"da da bir cinahda çıxış edirdik, burada da. Oyunumuz da alınır.

- Robert Prosineçkinin sizi milliyə dəvət etməsini gözləyirsiniz?
- Əlbəttə. Amma çağırmasa da, bunu normal qəbul edirəm. Yığmada oynamağı hər kəs istəyir. Milliyə dəvət almaq üçün çox çalışmaq lazımdır. Ümid edirəm ki, Prosineçkinin mənə dəvət göndərdiyi gün də gələcək. Buna çox sevinərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.