22 oktyabr 2016 15:00

Şahin Diniyev: Bakıda nə vaxta kimi məskunlaşacağımızı özümüz də bilmirik

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi

- Növbəti turda Gəncədə "İnter"i qəbul edəcəksiniz. Komandanız oyuna hazırdır?
- Normal hazırlaşmışıq. Düzdür, heyətdə itkilər var. Ehtiyat oyunçular skamyamızın da qısa olduğunu nəzərə alsaq, bu itkilər bizə ciddi problemlər yaradır. Amma qarşıdakı oyunda bu, bəhanə sayıla bilməz. Meydana çıxıb, mübarizə aparmaq lazımdır. "İnter"in heyətində bir neçə yığma üzvü, ümumiyyətlə isə yaxşı futbolçular yer alır. Bizim üçün bu rəqiblə oyun heç də asan keçməyəcək. Birinci dövrədə bu komanda üzərində qələbəyə çox yaxın olsaq da, bunu əldən vermişdik. "İnter"in müdafiəsində boşluqlar tapmaq çox çətindir.

- Hazırda ilk üçlükdə qərarlaşan komandalar qalanları üçün nəinki xal, həm də oyun baxımından əlçatmaz görünür...
- Belə deməzdim. Bu komandaların hər biri ilə qarşılaşmışıq və oyun baxımından heç birinə uduzmamışıq. Bizim çatışmazlığımız təcrübə baxımındandır. Həm də onlar bizdən fərqli daha geniş heyətə malikdirlər.

- "İnter" üzərində qələbə sizə təkcə turnir cədvəli baxımından yox, həm də özünəinamı artırmaq baxımından çox faydalı ola bilər...
- Razıyam. Mən bu oyunu altı xallıq oyun adlandırardım. Onlar bizdən aralanmaq, biz isə yaxınlaşmaq istəyirik. Çətin və vacib oyun olacaq. Liderləri özmüzdən çox irəli buraxmaq istəmirik. Amma "İnter"i məğlub etmək də hər komandaya qismət olmur. Təsadüfi deyil ki, hələ bu mövsüm məğlub olmayıblar.

- "Kəpəz"dəki maliyyə vəziyyəti sizi qane edir?
- Gizlətmirəm, bizdə mükafatlar yoxdur. Amma maaşlarımızı vaxtında alırıq. Bu baxımdan uşaqların fikrinin başqa məsələlərə qarışmadığını demək olar.

- Komanda nə vaxta kimi Bakıda məskunlaşacaq?
- Biz Gəncədə demək olar ki, qonaq komanda kimiyik. Orada normal bazamız, yaşayacağımız, qidalanacağımız, məşq edəcək yerimiz yoxdur. Bu vəziyyət nə vaxta kimi davam edəcək, biz də bilmirik.

- Azərbaycan yığmasının son oyunlardakı nəticəsi, FİFA reytinqində 45 pillə irəliləyərək 88-ci sıraya yüksəlməsi barədə nə deyə bilərsiniz?
- Yığmamız DÇ-2018-in seçmə mərhələsinə gözlənilməz də olsa, uğurlu başlayıb. Böyük irəliləyişə nail olublar. Unutmayaq ki, burada "Qarabağ" və "Qəbələ"nin avrokuboklardakı uğurlu çıxışının böyük rolu var. Azərbaycan yığmasının futbolçuları indi daha təcrübəlidirlər. Bu da millimizin uğurlu çıxışına təsir edir. Amma Robert Prosineçki amili də qeyd olunmalıdır. Onun bu komanda üzərindəki əli hiss olunur. Komandamız psixoloji baxımdan da özünü yaxşı hiss edir. Taktiki baxımdan da səliqəli, savadlı oyun sərgiləyirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.