22 oktyabr 2016 12:30
İnter Kəpəzlə oyuna 3 itki ilə hazırlaşır
"İnter" Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu oyuna üç itki ilə hazırlaşır.
Belə ki, sarı vərəqə limitini aşan Fuad Bayramov Gəncədə meydana çıxmayacaq. Zədəli olan Samir Zərgərovla Mirsahib Abbasov da qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Kəpəz" - "İnter" oyunu oktyabrın 23-də Gəncədə keçiriləcək və saat 14:30-da start götürəcək.
