22 oktyabr 2016 11:30

Maksim Medvedev: Bizim üçün əsas nəticə idi, onu da qazandıq

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Ağır oyun odldu. Mübarizə, gərginlik var idi. Diqqətli olmağa çalışdıq. Rəqibi yaxşı analiz etmişdik. Bilirdik ki, yunanlarla oyunda səhvə yol vermək olmaz. Ola bilsin ki, o qədər də baxımlı oyun sərgiləmədik. Amma əsas nəticədir ki, onu da qazandıq. Bu qələəb bizim qrupdan çıxmaq şanslarımızı bir qədər yaxşılaşdırdı. Bu, komandada özünəinamı, motivasiyanı da yaxşılaşdıracaq.

- Sizə elə gəlmir ki, bu məğlubiyyətdən sonra onlar Yunanıstandakı oyunda daha aqressiv çıxış edib, qələbə qazanmağa çalışacaqlar?
- Artıq PAOK-un necə oynadığını, onlara qarşı necə mübarizə aparmaq lazım olduğunu bilirik. Bakıdakı oyundan öncə isə bir sıra suallar var idi. İndi isə rəqib barədə demək olar ki, hər şeyi bilirik.

- Komandanızın ən yaxşısı kimi hanı futbolçunu fərqləndirərdiniz?
- Belə oyundan sonra kimisə fərqləndirmək çətindir. Meydanda bütün komanda sonadək mübarizə apardı.

- Qazonun vəziyyəti sizi qane etdi?
- Əvvəlcə pis deyildi. Amma zaman keçdikcə köhnə problemlər üzə çıxmağa başladı və oynamaq da çətinləşirdi.

- Matçın əvvəlində heç də özünüzə bənzəmirdiniz. Bu, müdafiədəki mütəmadi yerdəyişmələrlə bağlıdı?
- Qazona görə idi.

- Qarşıda sizi "Neftçi" ilə çempionat oyunu gözləyir...
- Əlbəttə, Avroliqa matçından sonra çempionat oyununa köklənmək bir qədər çətin olur. Rəqiblərin səviyyə fərqi çoxdur. Məsələn, "Sumqayıt"la oyuna bir cür hazırlaşırıq, PAOK-la oyuna başqa cür. Həmdə "Sumqayıt"a qarşı bir ildə azı 4 dəfə oynayırıqsa, PAOK kimi rəqiblərlə 4-5 ildən bir. Həm də avrokubok oyunlarında buraxılan hər bir səhv komandaya baha başa gəlir. Amma Premeyr Liqadakı səhvləri növbəti oyunlarda kompensasiya etmək olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.