22 oktyabr 2016 00:35

Ansi Aqolli: PAOK-la matç bizim üçün finala bərabər idi

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:

"Çox çətin oyun oldu. PAOK güclü komandadır. Belə rəqibə qalib gəldiyimiz, 3 xal qazandığımız üçün razıyıq. Artıq bu uğuru iki həftə sonra Yunanıstanda da təkrarlamaq barədə düşünürük".

Onun sözlərinə görə, "Qarabağ" bu oyuna çox ciddi yanaşdığına görə uğur qazandı: "Biz çox yaxşı oynadıq. Meydana yaxşı motivasiya ilə çıxmışdıq. Çünki bu qələbə bizə çox lazım idi. Bizim üçün finala bərabər oyun idi. Buna görə də üç xal qazanmağı bacardıq".

Aqolli rəqib barədə də danışıb: "Buraxılan qoldan sonra yunanlar hesabı bərabərləşdirmək üçün irəli atıldılar. Belədə onlar müdafiədə boşluqlar buraxmağa başladılar. Biz də bundan yararlanıb ikinci qolu vurduq. "Qarabağ" güclü rəqibə qarşı yaxşı oynadı".

Ansi səfər matçının çətin keçəcəyini vurğulayıb: "Səfərdəki oyun bizim üçün çox çətin olacaq. Rəqibimiz Bakıdakı oyunda da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Salonikidə də ağır matç olacağını düşünürəm. Bizim üçün qrup mərhələsindəki bütün oyunlarımız çətin və vacibdir. Hər bir oyun həlledici əhəmiyyət daşıyır. Amma ilk növbədə bizə qarşıdakı çempionat oyununa köklənmək lazımdır. PAOK-la növbəti matç barədə "Neftçi" ilə görüşdən sonra düşünmək olar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.