21 oktyabr 2016 11:20

Muarem Muarem: PAOK-la səfər matçında hər şey fərqli olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qalib gəldikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı fikirləriniz...
- Bizim üçün son dərəcədə vacib qarşılaşma idi. Yenə uduzsaydıq, qrupdan çıxmaq şanslarımız minimuma enəcəkdi. Amma biz bu oyuna pozitiv köklənmişdik. Oyundan öncə də, oyun zamanı da çox sakit və təmkinli idik. Şadam ki, matçı qələbə ilə başa vurduq. Artıq önümüzə baxmalıyıq.

- Siz hücumlar zamanı tez-tez topu itirirdiniz. Bu, nə ilə bağlı idi?
- Nəyisə çox istəyəndə, belə hallar olur. Qol vurmağı çox istəyirdim. Amma buna nail ola bilməsəm də, qol ötürməsi verdim. Komandama kömək etməyi bacardım.

- Matçın əvvəlində yüz faizli qol epizodundan yararlana bilməməyinizə nə səbəb oldu?
- Həmin anda sağ ayaqla zərbə vurmalı idim. Amma top sol ayağıma gəldi və istədiyim kimi zərbə vura bilmədim.

- Ot örtüyü mane olmurdu?
- Ot örtüyünün nəyəsə mane olduğunu deməzdim. Sadəcə, meydanın müəyyən hissələrində qopmalar var idi.

- Reynaldo ilə Migel Maderanın yoxluğu çox hiss olunurdu?
- Bəli. Amma yaxşı ki, onları layiqincə əvəz edə bildik.

- Yunanlarla səfərdə keçiriləcək cavab oyununda necə olacaq?
- Qələbə qazanmaq istəyirik. Amma heç-heçə də pis nəticə olmayacaq.

- Artıq PAOK-u daha yaxşı tanıyırsınız. Cavab matçında da qalib gəlmək üçün nə etmək lazımdır?
- Öz oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Yunanıstanda hər şey tam fərqli olacaq. Onlar daha aqressiv çıxış edəcəklər, daha çox hücum edəcəklər. Bütün bunlara hazır olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.